Xəzər Xəbər

Qaya uçqunu yolda təhlükəli vəziyyət yaradıb VİDEO

Veb TV | 22:20 • 19 Aprel 2025
Qaya uçqunu yolda təhlükəli vəziyyət yaradıb

Aprelin 19-u səhər saatlarında Quba-Qonaqkənd avtomobil yolunun Təngəaltı kəndi ərazisində, sıldırım qayalıqlar arasından keçən hissəsində yolun hərəkət hissəsinə qaya parçaları düşüb.

Xezerxeber.az xəbər verir ki, iri qaya parçaları "Təngə dərəsi" adlanan turizm ərazisindən keçən yeganə yolu tamamilə bağlayıb. Nəticədə 10-dan artıq yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Hadisə səbəbindən Qonaqkənd istiqamətində hərəkətdə olan nəqliyyat vasitələri bir neçə saat yolda qalıblar.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ağır texnikaları və canlı qüvvəsi cəlb olunub. Xüsusi texnikalar vasitəsilə qaya parçalarının hissələrə bölünərək yoldan kənarlaşdırılmasına başlanılıb. Görülən işlər nəticəsində günün ikinci yarısında yolda avtomobillərin hərəkəti qismən bərpa edilib.

Hazırda yolun tam açılması istiqamətində tədbirlər davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir:

Xəbər lenti