Xezerxeber.az xəbər verir ki, rayonun Qrız, Haput, Əlik, Cek, Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinə gedən yollarda hərəkət məhdudlaşıb.
Quba-İspik-Xınalıq avtomobil yolunun 37-ci kilometrindən 50-ci kilometrinə qədər 1 metrə qədər qar yağıb.
Eyni zamanda müxtəlif yerlərdə intensiv yağışlar nəticəsində yola daş, qaya parçaları tökülüb. Hazırda yolun açılması istiqamətində işlər görülür.
Yaranmış vəziyyətlə əlaqədar olaraq bu istiqamətlərə gedən sürücülər geri qayıtmalı olublar.
Qar və yağış sözügedən kəndlərdə elektrik təsərrüfatına da ziyan dəyib. Kəndlərə eləktrik enerjisi verilişində fasilə yaranıb. Hazırda yaranmış problemin, dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: