Azərbaycanlı gənc böyrəyini 200 min dollara satıb.
Xezerxeber.az xəbər verir ki, hadisənin Almaniyada baş verdiyi iddia edilir.
Yayılan bu məlumatdan yola çıxaraq sosial şəbəkədədə çox sayda belə elanların olduğunu gördük. Böyrəyini satmaq üçün elan paylaşan həmin şəxslərdən bəziləri ilə əlaqə saxladıq. Qiymətləri nəyin əsasında müəyyən edirsiniz sualına isə qan qrupuna görə cavabını aldıq.
Digər şəxs isə bildirdi ki ona çox sayda müraciət edilir. Hətta razılaşıb həkimə kimi getdiyidə olub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ araşdırılır.
Səhiyyə Nazirliyi yanında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova “Xəzər Xəbər”ə müsahibəsində bildirib ki, sosial şəbəkələrdə böyrəyini satışa çıxaran şəxslər donor ola bilməzlər. Köçürülmə yalnız xəstənin yaxınlarından olmalıdır.
Bütün hallarda müəyyən yoxlanışlar həyata keçirilir.
Yeganə Abbasova bildirib ki orqan, beyin ölümü keçirən şəxsdəndə köçürülə bilər. Əgər həmin şəxs özü əvvəldən donor olmağa razılıq veribsə ölümündən sonra onun yaxınlarına sadəcə məlumat verilir. Digər halda isə şəxs sağlığında donor olmayıbsa öldükdən sonra onun yaxınlarının razılığı olmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: