Xəzər Xəbər

Əvvəlcə dəhşətli qətl törətdi, sonra özünü öldürdü VİDEO

Veb TV | 19:34 • 17 Aprel 2025
Əvvəlcə dəhşətli qətl törətdi, sonra özünü öldürdü

Bakının Yasamal rayonunda qətl hadisəsi törədilib. Qadının yaşadığı evdə başını kəsiblər. Hadisədə onun həyat yoldaşı şübhəli bilinir.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət ötən gün axşam saatlarında baş verib.

Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, Məmmədşərif Həmidov küçəsindəki çoxmərtəbəli binanın qarşısında kişi meyiti var.

Dərhal istintaq qrupu hadisə yerinə gedib və müəyyən edib ki, binadan özünü ataraq intihar edən şəxs 38 yaşlı Bürhan Məmmədovdur. Araşdırma zamanı onun ağır cinayət törədəndən sonra canına qəsd etdiyinə əsaslı şübhələr müəyyən olunub.

Ərlə arvadın meyiti müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb.

Qonşuların sözlərinə görə, Xumar Məmmədova Burhan Məmmədovun ikinci həyat yoldaşı olub. Cinayətin səbəbini qonşular da bilmirlər.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: 

Xəbər lenti