Xəzər Xəbər

Evin damı qoparaq maşınların üzərinə düşüb VİDEO

Veb TV | 20:55 • 17 Aprel 2025
Evin damı qoparaq maşınların üzərinə düşüb

Güclü külək paytaxtın Nəsimi rayonunda ciddi fəsadlara yol açıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Namiq Məlikov küçəsi, dalan 7 və Cəlil Məmmədquluzadə küçəsi 165 ünvanında baş verib.

Dam ötrüyü məhəllədə avtomobillərin üzərinə düşərək onlara zərər vurub.

Bakının "Papanin" kimi tanınan məhələssinin sakinləri iddia edir ki, evlərinə və  avtomobillərinə  dəyən ziyanla bağlı müvafiq qurumlara məlumat veriblər, amma nəticəsi olmayıb.

Avtomobilinə ziyan dəyən sakinlər isə çarəsiz halda olduqlarını deyirlər.

Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov qeyd edib ki, güclü külək nəticəsində rayon ərazisində 100-dən çox ağac  aşıb. Bundan başqa infrastruktura ciddi zərər dəyib.

Qeyd olunub ki, sığorta olunmuş evlərə maliyyə yardımı ayrıla bilər, digər evlərə gəlincə, sakinlərə yalnız Mənzil Kommunal Təsərrüfat Birliyinin daxili imkanlarından istifadə olunaraq müvafiq yardım göstəriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: 

Xəbər lenti