Xəzər Xəbər

Şabranda 4 nömrəli məktəb bağlanır? - Valideynlər NARAZIDIR VİDEO

Veb TV | 21:55 • 16 Fevral 2025
Şabranda 4 nömrəli məktəb bağlanır? - Valideynlər NARAZIDIR

Məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər valideynlərin narazılığına səbəb olub

Xezerxeber.az xəbər verir ki, söhbət Şabran şəhəri, Məmmədağa Nəzirov adına 4 nömrəli məktəbdən gedir.

Yayılan xəbərləri eşidən valideynlər təhsil ocağına  gələrək etiraz ediblər.

Valideynlərin sözlərinə görə, məktəb, lisey kimi fəaliyyət göstərəcək.Təhsil müəssisində  yalnız 10-11 siniflər təhsil alacaq. Kiçik siniflərin şagirləri isə müxtəlif məktəblərə köçürüləcək. Bu isə onları qane etmir.

Yayılan iddialarla bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən münasibət bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti