Xəzər Xəbər

Bakıda park acınacaqlı vəziyyətdədir VİDEO

Veb TV | 21:25 • 13 Fevral 2025
Bakıda park acınacaqlı vəziyyətdədir

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki "Gülüstan" parkı acınacaqlı vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, 1980-ci illərdə salınan yaşıllıq ərazisində abadlıq işi aparılmayıb, meşəlik ərazisi illərdir hasara alınıb.

Yaxınlıqda çalışanlardan öyrəndik ki, park Bakıxanov sakinlərinin isti aylarda üz tutduqları bir məkandır. Parkın içərisindən bəzi hallarda yol kimi də istifadə olunur. Axşam saatlarında isə ərazi işıqlandırlmadığından park ərazisinə giriş ümumiyyətlə təhlükəli hesab edilir. Gecələr kimsəsizlərin sığınacağına çevrilən bu ərazi məişət tullantıları ilə doludur.

Sabunçu rayonu Yaşıllaşdırma Təsərrüfat Birliyindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda ərazidə qurumuş və qəzalı ağacların götürülməsi aparılır. Parkın hazırkı görkəmində ciddi dəyişikliklər ediləcək. Bununla yeni layihə üzərində iş gedir. Artıq meşə-park ərazində yeni ağacların əkilməsi prosesinə də başlanılıb. Park ərazisində  yandırlmış ağaclarla bağlı birlik tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Elə çəkliş apardığımız müddətdə də ərazi məişət tullantılandan təmizləndi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti