Xəzər Xəbər

Velosiped yoluna girən avtomobil sürücüsü məsuliyyətə cəlb edilib VİDEO

Veb TV | 13:16 • 13 Fevral 2025
Velosiped yoluna girən avtomobil sürücüsü məsuliyyətə cəlb edilib

Sosial şəbəkələrdə Bakının mərkəzində minik avtomobilinin velosiped zolağı ilə hərəkət etdiyini əks etdirən videogörüntülər yayılıb.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Bölmə rəisi Toğrul Nəsirli bildirib ki, velosiped zolağında hərəkət edən sürücü aşkarlanıb.

"Həmin sürücü tərəfimizdən aşkarlanaraq, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 - 2-ci maddəsinə uyğun olaraq, inzibati məsuliyyətə cəlb edilib", - o qeyd edib. (trend)

Rubrikanın digər xəbərləri

Xəbər lenti