Xəzər Xəbər

FHN: Neftçalada qanunsuz tikili sökülüb VİDEO

Veb TV | 10:50 • 12 Fevral 2025
FHN: Neftçalada qanunsuz tikili sökülüb

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən Neftçala şəhərində fiziki şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Neftçala Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Xəbər lenti