Xəzər Xəbər

Xırdalanda baş verən güclü yanğının TƏFƏRRÜATLARI VİDEO

Veb TV | 22:30 • 9 Fevral 2025
Xırdalanda baş verən güclü yanğının TƏFƏRRÜATLARI

Abşeronda yaşayış binasında güclü yanğın olub.

Xezerxeber.az-ın xəbərinə görə, görüntülər Abşeron rayonu, Xırdalan şəhərindəndir. Yanğın hadisəsi çoxmərtəbəli yaşayış binasında  mənzillərin birində qeydə alınıb.

Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində onüçmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində azyaşlı uşaqlar da daxil olmaqla 10 nəfər bina sakini təxliyə edilib.

Bina sakinləri bildirir ki, yanğın olan mənzildə yaşayan ailə kirayədə qalırmış.

Yanğın nəticəsində ümumi sahəsi 35kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Digər mənzillər yanğından mühafizə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti