Hər ay su pulu ödəyir, amma vəsait başqa abonentin adına yazılır.
Xezerxeber.az xəbər verir ki, Gəncə şəhəri Əttarlar küçəsi 133 ünvanında yaşayan Ulduz Camalova deyir ki, 5 il əvvəl evinə quraşdırılan su sayğacı başqa abonentin adına qeydiyyatdadır və üstündə 800 manatdan artıq borc var.
Özü də sayğac evdə olmayarkən qoyulub.
Evdə tək yaşayan və yeriməkdə çətinlik çəkən 77 yaşlı qadın həmin vaxtdan məsələnin həlli məqsədilə dəfələrlə Gəncə Şəhər Sukanal İdarəsinə getdiyini, ancaq heç bir nəticə əldə edə bilmədiyini deyir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Gəncə Şəhər Sukanal İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, abonentin iddiaları əsassızdır. Belə ki, həmin ünvanın həm sayğacdan sonrakı, həm də əvvəlki dövrə aid yığılmış borcu var.
Qurumdan bildirildi ki, NK tərəfindən təqsdiqlənmiş qaydalar ünvan üçün abonent adını ancaq debitor borc olmadığı halda dəyişməyə icazə verir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.