Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən yeni körpünün tikintisi davam edir. Körpünün aprel ayına qədər istifadəyə verilməsi planlaşdırılır.
Xezerxeber.az-ın məlumatına görə, hazırda ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.
Vətəndaşlar da səbrlə işlərin tamamlanmasını gözləyirlər.
Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, üç aşırımdan ibarət körpünün uzunluğu 104 metrdir. 4 dayaq üzərində inşa olunan yeni körpü orta dayaqlarda diametri 1.5 m olmaqla 6 sütundan ibarətdir. Körpünün ümumi sütunlarının sayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametri isə 1 metr olan svaylar üzərində tikilir. Svayların ümumi sayı isə 80 ədəd təşkil edir. Ümumi eni 21.6 m təşkil edən körpü 4 hərəkət zolaqlı olmaqla inşa olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.