Xəzər Xəbər

Bakıda mağaza satıcılarının ağır xəsarət aldığı qəza ilə bağlı hadisə şahidləri DANIŞDI VİDEO

Veb TV | 21:42 • 20 Yanvar 2025
Bakıda mağaza satıcılarının ağır xəsarət aldığı qəza ilə bağlı hadisə şahidləri DANIŞDI

Sürətlə gələn avtomobili əvvəlcə taksiyə, daha sonra mağazaya çırpılıb.

Xezerxeber.az xəbər verir ki, həmin vaxt avtobus gözləyən bir sərnişin isə qəzadan son anda qaçaraq xilas olub.

4 nəfərin ağır xəsarət aldığı hadisə Səbail rayonunda baş verib.Təhlükəsizlik kameralarına düşən kadrlardan aydın olur ki, Lətif Hüseynova məxsus avtomobil Əziz Nəzərov küçəsi ilə hərəkətdə olarkən yol kəsişməsində olan taksiyə çırpılır.

Nəqliyyat vasitəsi telefon mağazına çırpılıb. Mağazada olan iki satıcı sınıq xəsarətləri alıb. Avtomobildə olan sürücü və sərnişin də ağır xəsarətlər alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Şahidlər deyirlər ki, ərazi eyni zamanda dayanacaq kimi istifadə edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti