Xəzər Xəbər

Sülh müqaviləsində 17 bənddən 15- i razılaşdırılıb - AÇIQLAMA VİDEO

Veb TV | 20:40 • 20 Yanvar 2025
Sülh müqaviləsində 17 bənddən 15- i razılaşdırılıb  - AÇIQLAMA

"Ermənistan-Azərbaycan normallaşma prosesinin kifayət qədər intensiv mərhələsində özlərini vasitəçi kimi təqdim edən tərəflərin qərəzli yanaşmaları qəbul edilməzdir".

Bunu Xarici İşlər Naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazir bundan sonra ABŞ ilə münasibətlərin daha yaxşı olacağını güman etdiyini bildirib.

Sülh müqaviləsinə də toxunan nazir bildirib ki, 17 bənddən 15-i razılaşdırılıb və Azərbaycan Ermənistandan ciddi və əməli addımlar gözləyir.

Ceyhun Bayramov Eritreyada saxlanılan Azərbaycana məxsus gəmilərin sərbəst buraxılması ilə bağlı görülən işlərdən də danışıb.

Nazir onu da bildirib ki, Kaliforniyada yanğınlar səbəbi ilə Azərbaycanın Baş konsulluğu fəaliyyət göstərdiyi binadan köçürülüb və fəaliyyətini məsafədən həyata keçirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti