Xəzər Xəbər

Bir qrup sürücü işlədikləri şirkətdən maaşlarını ala bilmədikərini iddia edirlər VİDEO

Veb TV | 20:15 • 17 Yanvar 2025
Bir qrup sürücü işlədikləri şirkətdən maaşlarını ala bilmədikərini iddia edirlər

Bir qrup sürücü müqavilə bağladıqları şirkətdən iki aydır ki, maaş almadıqlarını iddia edirlər. Onların sözlərinə görə, müqavilədə qeyd olunan xidmət haqqından onlara ödəmə olunmur, məsul şirkət günü-günə satır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət yüksək məvacib qarşılığında "Caspian Engineering Solutions" MMC şirkətilə müqavilə bağlayıb fəhlələri səhər işə, axşam evlərinə daşıyan sprinter sürücülərindən gedir.

Onlar iddia edir ki, iki aydır, öz hesablarına benzin alırlar, maaşdan isə xəbər yoxdur.

Məsələ ilə bağlı sözügedən şirkətin departament rəhbəri rauf Hüseynov  bildirdi ki, şikayət edən sürücülər onların işçiləri deyil, onlarla müqavilə bağlayıb xidmət alırlar.

Qeyd edək ki, məhz “Xəzər Xəbər”in məsələyə reaksiyasından sonra, xəbərimiz efirə hazırlanarkən sürücülərin noyabr maaşlarının ödənilməsi barədə qəbzlər göndərildi. Söz verildi ki, dekabr ayının maaşı da vaxtında sürücülərə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti