Xəzər Xəbər

Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir? VİDEO

Veb TV | 21:30 • 17 Yanvar 2025
Sosial şəbəkələrdə dinləmə cihazları satılır - Cihazları satanları nə gözləyir?

Sosial şəbəkələrdə mikroqulaqlıqların geniş satışı və alışı həyata keçirilir.

Xezerxeber.az-ın məlumatına görə, cihaz müxtəlif məqsədlər üçün istifadə edilir. Qiyməti isə 160-260 manat arasında dəyişir. Hətta avadanlığın kirayəsi də mümkündür.

Əsasən imtahanlarda iştirak edən şəxslər bu cihazlardan istifadə etmək istəyində olurlar. Bununla bağlı Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ötən illərdə ötürücü qurğularla qəbul imtahanına girmək istəyən bəzi işirakçılar imtahandan kənarlaşdırılıb və onların nəticələri ləğv olunub. 

Mərkəz məsələ ilə bağlı növbəti aylarda olacaq qəbul imtahanlarında iştirak edən şəxslərə xəbərdarlıq edib.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən "Xəzər Xəbər"ə bildirildi ki, dinləmə cihazlarının ölkəyə gətirilməsi qadağandır.

Daxili İşlər Nazirliyindən isə qeyd edildi ki, dinləmə cihazlarının qanunsuz dövriyyəsini təşkil etmək qadağandır. Belə cihazlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib və onların dövriyyəsinə müvafiq dövlət qurumu tərəfindən verilən "xüsusi icazə" əsasında yol verilir. Həmin məhsulun satışı aşkar olunduqda o, satışdan çıxarılır. Onun satışı ilə məşğul olan şəxslər barəsində isə məsuliyyət tədbiri görülür. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti