Xəzər Xəbər

“Xərçəngsən” deyib 11 min manatını mənimsədilər ŞİKAYƏT/VİDEO

Veb TV | 20:58 • 29 Noyabr 2024
“Xərçəngsən” deyib 11 min manatını mənimsədilər

Sağalmaq üçün əvvəlcə traktorunu satdı, sonra kredit götürdü. Lakin sonradan tamamilə sağlam olduğunu öyrəndi.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Salyan rayon sakini Şahmar  Ağayevin başına gəlib.

Şahmar Ağayev  iddia  edir  ki, ötən il mədəsində ağrılar olduğu üçün Salyan raynunda fəaliyyət göstərən “MED-Plaza”ya

 üz tutub. Bu zaman o uzman həkimin yanına göndərilir. O bildirir ki, birinci dəfə həkimin yazdığı dərmanlar onun dərdinə çarə olmayıb.

İddiaya görə, Şahmarı müayinə edən həkim ona xərçəng diaqnozu qoyub. Həkimi  Şahmara bildirib ki, müalicə dərmanları baha olsa da, onu sağaldacaq. Ölümlə üz-üzə qaldığını düşünən Şahmar vahiməyə düşüb. Beləliklə, Şahmar Ağayevə “xərçəngsən” deyib 11 min manatını mənimsəyiblər. 

Məsələ ilə bağlı sözügedən klinikadan "Xəzər Xəbər"ə bildirdilər ki, özünü həkim kimi təqdim edən Ramin Məhərrəmov klinikaya işə düzəlmək istəsə də sənədləri saxta olduğu üçün  qəbul edilməyib.

“Şahmar Ağayevin Ramin Məhərrəmovla bağlı şikayətinin klinikaya heç bir bağlılığı yoxdur. Ramin Məhərrəmov xəstəxanda  olarkən Şahmar Ağayevlə şəxsi münasibət  quraraq onun evində həkim kimi xidmət  göstərib”, -deyə klinikadan bildirilib.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar