Xəzər Xəbər

Milli Məclisin iclası keçirilib VİDEO

Veb TV | 20:08 • 29 Noyabr 2024
Milli Məclisin iclası keçirilib

''Polşa Prezidenti bütün qanunları pozub''.

Xezerxeber.az-ın məlumatına görə, bunu parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deputat Aydın Mirzəzadə deyib.

O əlavə edib ki, Ermənistanda səfərdə olarkən Polşa Prezidentinin Azərbaycanla sərhəddə gələrək "binokl siyasətinə" qoşulması təəssüf doğurur.

İclasda apteklərin icbari tibbi sığortada iştirak etməsini özündə ehtiva edən qanun layihəsi 3-cü oxunuşda qəbul edilib. Apteklər yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına, yəni elektron informasiya ehtiyatına ötürülən resept əsasında dərmanları pulsuz verəcək.

İclasda psixoloqların peşəkarlığının artırılmasının vacibliyi məsələsi də qaldırılıb.

Deputat Nigar Məmmədova bununla bağlı təkliflə çıxış edib. 

İclasda həmçinin enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında qanuna təklif edilən dəyşiklik də müzakirə edilib.

Deputat Vüqar Bayramov qeyd edib ki, Azərbaycan regionda "yaşıl enerji"yə ən çox investisiya cəlb edən ölkədir. 

Millət vəkili əlavə edib ki, hazırda Azərbaycanın ümumi enerji istehlakında "yaşıl enerji"nin payı 17 %-dir. 2030-cu ilə qədər bu göstəricinin 35 %-ə çatdırılması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar