Xəzər Xəbər

Bakıda mənzildə 109 yaşlı qadının meyiti aşkarlanıb VİDEO

Veb TV | 20:41 • 29 Noyabr 2024
Bakıda mənzildə 109 yaşlı qadının meyiti aşkarlanıb

Bakıda mənzildən 109 yaşlı qadının meyiti tapılıb. Hadisə Binəqədi  rayonu Azadlıq prospekti 20 ünvanında  baş verib.

Xezerxeber.az-ın məlumatına görə, 1915-ci il təvəllüdlü Əhmədova Nübar Mayıl qızının meyiti onun mənzilində aşkar edilib.

Yaxınlarından öyrəndik ki, Nübar Əhmədovanın 7 övladı olub. Oğlanları  Rusiyada , qızları isə Bakıda yaşayır.

Anasının telefonlara cavab vermədiyini görən qızı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verib.

Xilasedicilər tərəfindən doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısı müvafiq vasitələrlə açılıb və Nübar Əhmədovanın meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Onun hansı səbəbdən ölməsi araşdırılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar