Xəbər verdiyimiz kimi, Sabirabadda üç nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Dəhşətli qəza hadisəsi bu gün səhər saatlarında rayonun Qarağac kəndi ərazisində qeydə alınıb. Hərəktdə olan iki minik avtomobilinin toqquşması nəticəsində hər iki avtomobilin sürücüləri Sabirabad rayonunun Minbaşı kənd sakini, 32 yaşlı Samir Umudov və Həşimxanlı kənd sakini, 31 yaşlı Salatın Abuzərova hadisə yerindəcə keçiniblər. Avtomobildə olan sərnişinlərdən Minbaşı kənd sakini, 53 yaşlı Manaf Hacıyev isə xəstəxanaya aparılsada onun həyatını xilas etmək mümkün olmayıb.
Xəsarət alanlar rayonun Çölbeşdəli kənd sakini, 38 yaşlı Sakit Hüseynov, 7 yaşlı oğlan və onun 13 yaşlı bacısı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Sumqayıtda isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yolu keçmək istəyən 39 yaşlı qadını avtomobil vurub.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, yaralı xəstəxanaya gətirilərkən həyat əlamətlərinin olmadığı müəyyən edilib.
Mingəçevirdə də 61 yaşlı qadını avtomobil vurub. Ehsan Abdullayev idarə etdiyi minik avtomobili ilə yolu keçən piyada, 61 yaşlı Nigar Abdullayevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər üç faktla bağlı araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.