Xəzər Xəbər

AZAL və ADY adından saxta məlumatlar yayılır XƏBƏRDARLIQ/VİDEO

Veb TV | 21:16 • 3 Noyabr 2024
AZAL və ADY adından saxta məlumatlar yayılır

Heydər Əliyev Beynəlxalq Aeroportu adından sosial şəbəkələrdə açılmış saxta səhifələrdə guya itmiş baqajların satışı ilə bağlı elanlar yerləşdirilir. Məlumatda 6 aydır sahibləri tapılmayan baqajların 1 manat 88 qəpiyə  satışa çıxarıldığı qeyd edilir. Paylaşımın şərh qisminə də  təsdiqləyici fotolar atılıb.

Xezerxeber.az-ın məlumatına görə, diqqətçəkən məqam odur ki, elanlara müxtəlif profillərdən geridönüşlər edilib, paylaşımın şərh qisminə təsdiqləyici fotolar atılır.

Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat katibi Nərmin Xəlilova bildirib ki, bu tip məlumatlar həqiqəti əks etdirmir.

Sosial mediada, həmçinin “Azərbaycan Dəmir Yolları”nın kartı adı altında saxta səhifələr də açılıb.

ADY-dən qeyd edilib ki, bu səhifələr "il ərzində məhdudiyyətsiz səyahət təklifi ilə ilkin satış qiymətinə smart kart" kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti