Xəzər Xəbər

Aliment öhdəliklərindən yayınanların sayı ARTIB VİDEO

Veb TV | 15:17 • 9 Oktyabr 2024
Aliment öhdəliklərindən yayınanların sayı ARTIB

Bu  ilin birinci yarısında 7600 dən çox şəxs aliment öhdəliklərindən yayınmaq üçün dövlət orqanlarından gizlənməyə çalışıb. Onlardan 3174 nəfəri tapılsa da, 4432-nin axtarışları hələ də davam etdirilir.

Xezerxeber.az-ın xəbər verir ki, vəkil Vüqar Babayevin sözlərinə görə, bu artımın əsas səbəblərindən biri maddiyyat olsa da, valideyn məsuliyyətsizliyi də, az rol oynamır. Belə ki, bəzən tərəflərdən biri boşandıqdan sonra övladlarına qarşı olan bütün öhdəlikləri digər tərəfin üzərinə atır.

Vəkilin sözlərinə görə,  aliment məbləği minimum əməkhaqqına uyğun təyin edilir. Belə problemlərin olmaması üçün  Aliment Fondunun yaradılması önəmlidir.

Millət vəkili Müşfiq Məmmədli alimentdən yayınma hallarının qarşısının alınması üçün dövlət tərəfindən xüsusi tədbirlərin görüldüyünü deyir.

Müşfiq Məmmədlinin sözlərinə görə,  gələcəkdə də alimentlə bağlı təkmilləşdirilmə işlərinin görüləcək  və bununla da yayınma hallarının minimuma endiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Faktiki hava Açıqlandı
09:30 • 14 Dekabr 2024