Xəzər Xəbər

Uşaqlar arasında yeni virus yayılıb VİDEO

Veb TV | 19:50 • 4 Oktyabr 2024
Uşaqlar arasında yeni virus yayılıb

Son günlər uşaqlar arasında yüksək hərarət, ürək bulanmaları, mədə ağrıları, ishal və halsızlıq əlamətləri olan yeni infeksiya yayılıb. Paytaxt sakinlərinin sözlərinə görə, bu hal günlərdir ki, uşaqlarda müşahidə olunur.

Xezerxeber.az-ın məlumatına görə, həkim-terapevt Rasif Bağırov deyir ki, sözügedən virusun konkret olaraq adı yoxdur. Hər fəsil dəyişikliyi zamanı bu hal xüsusilə uşaqlarda müşahidə edilir.

Rasif Bağırovun sözlərinə görə, virusa ən çox immun sistemi zəif olan uşaqlar yoluxur.

Həkim deyir ki, uşaqları yoluxmadan qorumaq üçün immun sistemini möhkəmləndirmək lazımdır. Yəni vitaminli qidalar və meyvə-tərəvəzə üstünlük verilməsi, fiziki aktivliyin artırılması və açıq havada gəzinti çox vacibdir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Xəbər lenti