Xəzər Xəbər

Çəkilmiş ət alarkən nələrə diqqət etmək lazımdır? VİDEO

Veb TV | 15:15 • 1 Oktyabr 2024
Çəkilmiş ət alarkən nələrə diqqət etmək lazımdır?

Marketlərdə farşlar ətdən daha ucuz qiymətə satılır. Belə ki, ətin bir kiloqramı 16-18 manat civarında təklif edilirsə, çəkilmişinin kiloqramı 9-13 manat aralığında satılır. Bu da alıcılar da müxtəlif suallar yaradır.

Xezerxeber.az-ın xəbərinə görə, Qida Təhlükəsizliyi üzrə mütəxəssis Məhsəti Hüseynova deyir ki, ət və ət məhsulları yüksək ris qrupuna aid olan qidalar sırasındadır. Bir heyvan ətinin digəri ilə birlikdə açıq şəkildə saxlanılması düzgün hesab olunmur.

Məsələ ilə bağlı  Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, ət və ət məhsullarının satışı zamanı soyuducu vitrinin temperaturu normalara uyğun olmaldır. Eyni zamanda satış müddətində donu açıldıqdan sonra təkrar dondurulmuş ət və ət məhsullarının satışı qadağandır. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində qanunazid hallarla rastlaşdıqda, bu barədə agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər.

Daha ətraflı "Xəbər Ertəsi"nin hazırladığı videomaterialda: 

Xəbər lenti