Zaman keçdikcə bəzi ixtisaslar əhəmiyyətini itirə bilər. Bu səbəbdən də həmin ixtisas sahiblərinin işsiz qalma ehtimalı var.
Xezerxeber.az-ın məlumatına görə, bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.
O bildirib ki, buna səbəb texnoloji sahədə inkişaf, iş bazarının tələbləri və iqtisadi şərtlərdir. Bu səbəbdən də gələn ildən etibarən bəzi ixtisaslara maraq və tələbin ciddi şəkildə azalma ehtimalı var.
Kamran Əsədov deyib ki, Filologiya, Sosial elmlər, Sənətşünaslıq və incəsənət, Politologiya və s. ixtisaslar iş imkanlarının məhdud olması, həmçinin maliyyə rüsurslarının çatışmazlığı, eləcə də rəqəmsal texnologiyanın təsiri ili geri plana düşəcək və zamanla bu sahədə kadrlara ehtiyac azalacaq.
Onun fikrincə, sözügedən ixtisaslar üzrə iş tapmaq çətin olsa da, peşəkar kadrların iş bazarının dinamikliyinə və dəyişən tələblərə cavab verməsi mütləqdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.