Astarada, rayonun Kijəbə qəsəbə sakini 29 yaşlı Şamxal Həsənzadənin dənizdə nəzarətsiz ərazidə çimərkən batması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
Xezerxeber.az xəbər verir ki, dərhal əraziyə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarışa cəlb olunub. Axtarışlar gəncin batdığı yerdə, eləcə də dənizin 1 km məsafədəki ərazisində aparılıb.
29 yaşlı Şamxal Həsənzadə nişanlı idi və payızda toyu olacaqdı.
23 saat axtarışdan sonra gəncin meyiti batdığı yerdən 800 metr aralıda tapılıb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.