Xəzər Xəbər

Peşə təhsili üzrə bəzi ixtisaslar ləğv ediləcək, yeniləri yaradılacaq VİDEO

Veb TV | 19:34 • 7 Avqust 2024
Peşə təhsili üzrə bəzi ixtisaslar ləğv ediləcək, yeniləri yaradılacaq

Azərbaycanda peşə təhsili üzrə bəzi ixtisaslar ləğv ediləcək, yeniləri yaradılacaq.

Peşə təhsili ixtisas təsnifatında bir sıra ixtisaslar var ki, bugünkü əmək bazarında onlara ehtiyac yoxdur. Bu ixtisaslar təsnifatdan çıxarılacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyi direktorunun müavini Simnar Mamedov deyib.

Agentlik rəsmisi bildirib ki, peşə təhsili sistemi əmək bazarının tələblərinə digər təhsil pillələrindən daha çevik, daha tez reaksiya verir. Buna görə də bu il 9 yeni ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək.

Onun sözlərinə görə, yeni ixtisasların yaradılması ilə bağlı işlər həyata keçirilərkən işəgötürənlərin tələbləri, ehtiyacları əsas amil kimi götürülür. Bu məqsədlə əmək bazarında aparılan araşdırmalar, eyni zamanda, ölkənin növbəti 5-10 ildə iqtisadi inkişaf prioritetləri nəzərə alınaraq, yeni ixtisaslar təqdim edilir.

Qeyd edək ki, peşə təhsili müəssisələrinə qəbul avqustun 12-nə kimi "portal.edu.az" saytı vasitəsilə aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Qırmızı diplom nə işə yarayır?
Qırmızı diplom nə işə yarayır? VİDEO
21:24 • 8 Fevral 2025
USAID-in çirkin oyunları ifşa edilir
USAID-in çirkin oyunları ifşa edilir VİDEO
21:05 • 8 Fevral 2025
Dələduzluğun yeni növü yayılır
Dələduzluğun yeni növü yayılır XƏBƏRDARLIQ/VİDEO
20:47 • 8 Fevral 2025
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? AÇIQLAMA/VİDEO
20:12 • 8 Fevral 2025
Bakıda restoranın fəaliyyəti dayandırılıb
Bakıda restoranın fəaliyyəti dayandırılıb VİDEO
12:53 • 8 Fevral 2025
Azərbaycandan Ukraynaya YARDIM
Azərbaycandan Ukraynaya YARDIM VİDEO
22:00 • 7 Fevral 2025

Xəbər lenti