Şuşada seysmik stansiya qurulur.
Xezerxeber.az-ın məlumatına görə, Şuşa şəhəri ətrafında yaradılan Daşaltı Dərin Quyu seysmik stansiyasında işlərin birinci mərhələsi başa çatdırılıb.
Stansiya Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə olunması Zəlzələ və Risklərin azaldılması İdarəsi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən birlikdə inşa edilir.
Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib ki, yaxın günlərdə Şuşa-Daşaltı Seysmoloji stansiyasının ətrafında xidməti-texniki infrastrukturun yaradılması, giriş yolunun abadlaşdırılması və yaşıllıq sahəsinin salınması üzrə işlər aparılacaq.
Proses başa çatdıqdan sonra stansiya istismara qəbul olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.