Xəzər Xəbər

Yasamalda yol təmiri nə vaxt yekunlaşacaq? VİDEO

Veb TV | 21:28 • 14 İyul 2024
Yasamalda yol təmiri nə vaxt yekunlaşacaq?

Paytaxtın Yasamal rayonu, Mətbuat prospektində yeni asfalt örtüyünün vurulması prosesi davam edir.

Xezerxeber.az-ın məlumatına görə, Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, əslində sözügedən hissədə asfalt örtüyünün vurulması işləri bu gün saat 22:00-a qədər yekunlaşmalı idi. Ancaq müəyyən səbəblərdən gecə də daxil olmaqla həmin hissə bağlı olacaq. Ehtimal edilir ki, Mətbuat prospektinin Mikayıl Müşfiq küçəsi ilə kəsişmədən, Ayna Sultanova küçəsinə qədər olan hissəsi sabah səhər saatlarında da bağlı olsun. Hazırda görülən işlə əlaqədər olaraq sözügedən hissələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. O da bildirildi ki, Mətbuat prospektində işlər yekunlaşdıqdan sonra metronun “20 Yanvar” stansiyasından başlayaraq Həsən bəy Zərdabi küçəsi boyu da təmir işləri mərhələli şəkildə görüləcək.

Rayon ərazisindəki Mikayıl Müşfiq küçəsində isə demək olar ki, yenidənqurma işləri yekunlaşmaq üzrədir. Küçədə deformasiyaya uğrayan asfalt qatı frezlənib. Əvəzinə yeni asfalt örtüyü döşənib.

Artıq sözügedən küçənin İsmayıl bəy Qutqaşınlı  küçəsindən Mətbuat prospektinədək olan hissəsi tam yeni asfalt örtüyü ilə üzlənib.

Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də yerinə yetiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Qırmızı diplom nə işə yarayır?
Qırmızı diplom nə işə yarayır? VİDEO
21:24 • 8 Fevral 2025
USAID-in çirkin oyunları ifşa edilir
USAID-in çirkin oyunları ifşa edilir VİDEO
21:05 • 8 Fevral 2025
Dələduzluğun yeni növü yayılır
Dələduzluğun yeni növü yayılır XƏBƏRDARLIQ/VİDEO
20:47 • 8 Fevral 2025
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? AÇIQLAMA/VİDEO
20:12 • 8 Fevral 2025
Bakıda restoranın fəaliyyəti dayandırılıb
Bakıda restoranın fəaliyyəti dayandırılıb VİDEO
12:53 • 8 Fevral 2025
Azərbaycandan Ukraynaya YARDIM
Azərbaycandan Ukraynaya YARDIM VİDEO
22:00 • 7 Fevral 2025

Xəbər lenti

Hacıqabulda zəlzələ olub
19:06 • 8 Fevral 2025