Xəzər Xəbər

"Pitomnik" bağı kimi tanınan park TANINMAZ HALDA VİDEO

Veb TV | 21:55 • 24 İyun 2024
"Pitomnik" bağı kimi tanınan park TANINMAZ HALDA

Kol-kos basmış gölməçə, şəlalə kompleksindən geriyə qalan uçuq divarlar...

Xezerxeber.az xəbər verir ki, söhbət Binəqədi rayonu 6-ci mikrorayon ərazisində yerləşən "Pitomnik bağı" kimi tanınan Təbiət evindən gedir. Ərazi sovetlər dövründə dendra park olub.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansındakı 12 hektara yaxın ərazisi olan parkda təmizlik işləri aparılır. Bu vaxta qədər unudulan ərazi tullantılardan təmizlənir.

Qurum rəsmisi onu da bildirib ki, vaxtilə qazılan artezian quyularının suları ilə indi də ərazidəki ağaclar və yaşıllıqlar suvarılır.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar