Xəzər Xəbər

Abşeronda tikinti aparan MTK-dan NARAZILIQ – Sakinlərdən qanunsuz ÖDƏNİŞLƏR ALINIR VİDEO

Veb TV | 21:36 • 21 İyun 2024
Abşeronda tikinti aparan MTK-dan NARAZILIQ – Sakinlərdən qanunsuz ÖDƏNİŞLƏR ALINIR

Qanunsuz yaradılan ödənişli parklanma narazılığa səbəb olub.

Xezerxeber.az xəbər verir ki, "Şərur" MTK tərəfindən inşa olunan binanın qarşısında avtomobillərin durması üçün yaradılan parkinqlə bağlı sakinlər Xəzər Xəbərə şikayət edib.  Görüntülər Abşeron rayonun Xırdalan şəhəri Hikmət Aslanov küçəsindəndir.

Ərazidə yaşayan sakinlər bildiriblər ki, qanunsuz olaraq yaradılan parklanma avtomobil yolunu daraltmaqla yanaşı həm də bina sakinlərinə ödənişli əsaslarla xidmət göstərir.  Parklanma səbəbiylə bina ilə üzbə üz həyət evində yaşayan sakinlər vəziyyətin getdikcə pisləşdiriyini deyirlər.

Mövcud vəziyyətdən Abşeron rayon İcra Hakimiyyəti xəbərdardır. Əməkdaşlar tərəfindən əraziyə baxış keçirilib. 

Məsələ ilə bağlı Şərur MTK-nın rəhbəri İsfəndir Axundov “Xəzər Xəbər”ə bildirdi ki, ərazidə məişət tullantıları olub  və ora təmizlənərək maşınlara parklanma yeri düzəldilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar