Xəzər Xəbər

Müəllimlərin sertifikasiya imtahanında yüksək nəticə göstərən ana və iki qızı DANIŞDI VİDEO

Veb TV | 21:33 • 21 İyun 2024
Müəllimlərin sertifikasiya imtahanında yüksək nəticə göstərən ana və iki qızı DANIŞDI

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanıldı.

Xezerxeber.az xəbər verir ki, test imtahanında  ana və iki qızı yüksək nəticə əldə edib. Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin 3 müəllimi Asya Yusifova 58 bal, onun qızları - Mehriban Şikarlı 58 bal, Günel Şikarlı isə 59 bal toplayıblar.

Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə sertifikatlaşdırma prosesinin 21, 22 və 24 iyun tarixlərində keçiriləcək test imtahanı mərhələsinə 1930 nəfər təhsilverən cəlb olunub.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı isə tabeliyikdə  olan təhsil müəssisələrinin pedaqoji heyəti ilə yanaşı, Şərqi Zəngəzur və Qubadlı məktəblərinin müəllimləri də qatılıb.

Şirvan şəhərində  imtahnlar 3 məktəbdə təşkil edilib. Həmin məkətblərdə Şirvan şəhəri ilə yanaşı qonşu Hacıqabul və Sabirabad rayonlarından gələn məllimlərdə imtahanlara qatılıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar