Xəzər Xəbər

Güclü istilər yerini yağıntılı havaya buraxır – XƏBƏRDARLIQ VİDEO

Veb TV | 21:20 • 20 İyun 2024
Güclü istilər yerini yağıntılı havaya buraxır – XƏBƏRDARLIQ

Bakıda yağış yağacaq, leysan düşəcək, hətta bəzi bölgələrdə dolu da tökəcəyi ehtimal olunur. Sabahın hava proqnozu heç də günəşli gün vəd etmir.

Hidrometeroloji Proqnozlar Bürosunun məlumatında belə deyilir:

Rayonlarda da hava şəraiti yağıntılı keçəcək, bölgələrdə eləcə də Qarabağ və Şərqi Zəngəzurda vəziyyətin iyunun 23-dək davam edəcəyi proqnozlaşdırılır.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, bəzi dağlıq və dağətəyi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar