Xəzər Xəbər

Həmkəndlilər arasında mübahisə güllələnmə ilə bitdi – Hadisənin DETALLARI VİDEO

Veb TV | 21:10 • 20 İyun 2024
Həmkəndlilər arasında mübahisə güllələnmə ilə bitdi – Hadisənin DETALLARI

Kürdəmirdə silahlı insident olub.

Xezerxeber.az xəbər verir ki, mübahisə edən kəndlilərdən biri digərinə atəş açıb.

Hadisə rayonun Carlı kəndində baş verib. Kənd sakini, 36 yaşlı  Xalid Abdullayevlə, həmyerlisi, 38 yaşlı  Rüstəm Məmmədov arasında mübahisə yaranıb. Aralarındakı mübahisə böyüdüyündən Xalid Abdullayev həmkəndlisi Rüstəm Məmmədova ov tüfəngindən atəş açıb.

Yaralı dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti