Xəzər Xəbər

Azərbaycan Ordusunda radiasiya, kimyəvi və bioloji mühafizə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib VİDEO

Veb TV | 13:54 • 20 İyun 2024
Azərbaycan Ordusunda radiasiya, kimyəvi və bioloji mühafizə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

Xezerxeber.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, ssenariyə uyğun olaraq, təlimə cəlb olunan bölmələr döyüşə hazırolma dərəcəsinə gətirilib, döyüş təyinatı rayonuna çıxarılıb.

"Təlimdə müdafiə əməliyyatının radiasiya, kimyəvi və bioloji mühafizə tapşırıqlarının planlaşdırılması, bölmələrə tapşırıqların çatdırılması üzrə praktiki fəaliyyətlər məşq etdirilib. Radiasiya və kimyəvi kəşfiyyat bölmələrinin qüvvələri ilə mövcud şəraitin izlənilməsi və qiymətləndirilməsi həyata keçirilib, şərti düşmənin kütləvi qırğın silahı tətbiq etməsinə hazırlığı vaxtında aşkar edilərək qabaqlayıcı tədbirlər görülüb, həmçinin radiasiya, kimyəvi və bioloji çirklənmə şəraitində fəaliyyət göstərən bölmələrin təhlükəsizliyi təmin edilib", - xəbərdə deyilir.

Nazirlikdən bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd komandirlərin bilik və bacarıqlarını təkmilləşdirmək, həmçinin döyüşün hərtərəfli təminatı və qarşılıqlı fəaliyyətin təşkilində təcrübə qazanmalarına imkan yaratmaqdır.

Xəbər lenti