Xəzər Xəbər

Balaxanıda qətllə yekunlaşan iki gənc arasında mübahisənin TƏFƏRRÜATLARI VİDEO

Veb TV | 21:20 • 15 İyun 2024
Balaxanıda qətllə yekunlaşan iki gənc arasında mübahisənin TƏFƏRRÜATLARI

Bakıda 18 yaşlı gənc yaşadığı evdə qətlə yetirilib.

Xezerxeber.az xəbər verir ki, hadisə dünən günorta saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü İmanov Rəşid Rüstəm oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat verilib.

Dərhal polis və prokurorluq orqanları hərəkətə keçib. Şübhəli şəxsin axtarışlarına başlanıb.

Qonşuların verdiyi məlumata görə, öldürülən gənc əslən Salyan rayonundan olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, onun həmyaşıdı, 18 yaşlı Rəhim Əsədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Sabunçu rayon prokurorluğunda qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti