Xəzər Xəbər

Çimərliklər mövsümə HAZIRDIR? VİDEO

Veb TV | 16:35 • 11 İyun 2024
Çimərliklər mövsümə HAZIRDIR?

Bəzi çimərliklərin girişi pulsuz olsa da, bizdə qoyduğu izlər "pullu" olur.

Xezerxeber.az xəbər verir ki, sorğuda vətəndaşlar çimərlikləri daha çox əraziyə görə seçdiklərini deyirlər.

Bəs çimərliklər mövsümə necə hazırlanır və hansı çimərliklər vətəndaşlara tövsiyə olunmur?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə 2024-cü ilin yay mövsümünə hazırlıqla əlaqədar çimərliklərdə keçirilən monitorinqlərin nəticələrinə, "Sanitariya-epidemioloji salamatlıq haqqında" qanuna əsasən, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin Yalama, Nabran, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib.

Məsələ ilə bağlı, “Xəbər Ertəsi”nə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Həkim-Gigiyenisti Ziyəddin Kazımov hər il çimərliklərdə monitorinqlərin keçirildiyini və əldə edilmiş nəticələrin səlahiyyətli qurumlara göndərildiyini bildirib. Ziyəddin Kazımov bəzi çimərliklərin bir neçə ildir ki, tövsiyə olunmayanlar siyahısında qalmasını və bu çimərliklərin sağlamlığımıza olan təsirlərini belə izah edir.

Daha ətraflı videomaterialda:

Xəbər lenti

Çox oxunanlar