Xəzər Xəbər

Bu il avtomobillərin utilizasiyasından 25 milyon manatın əldə edilməsi proqnozlaşdırılır VİDEO

Veb TV | 21:27 • 28 May 2024
Bu il avtomobillərin utilizasiyasından 25 milyon manatın əldə edilməsi proqnozlaşdırılır

Bu il Nəqliyyat Vasitələrinin Utilizasiyası Fonduna 25 milyon manat pul vəsaitinin daxil olması proqnozlaşdırılır. Bu, 2024-cü ilin yenidən baxılan büdcə layihəsində öz əksini tapıb.

Xezerxeber.az-ın məlumatına görə, mövzuya münasibət bildirən nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, toplanan utilzasiya haqları əsasən 3 istiqamət üzrə xərclənəcək. Həmçinin vəsaitin tez toplanması bu məsələni daha da sürətləndirə bilər.

Qaydalara əsasən, utilzasiya fondu toplanan utilzasiya haqları, ianələr, kreditlər və qrantlar, beynəlxalq təşkilatlar, digər donorların dəstəyi və qanunla qadağan edilməyən başqa vəsaitlər hesabına formalaşa bilər.

Qeyd edək ki, istehsal ili 4 ildən artıq olan, ölkəyə gətirilən və burada istifadə edilən nəqliyyat vasitələrindən utilzasiya haqqı alınır. Utilzasiya prosesi könüllüdür. Avtomobillərin utilzasiyaya qəbulu başladıqdan sonra avtomobil sahibləri köhnə nəqliyyat vasitələrini utilzasiyaya təhvil verməklə birdəfəlik ödəniş və ya əvəzinə yerli istehsal olan avtomobillərin alınması zamanı güzəşt məbləği əldə edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024