Xəzər Xəbər

Elektrik və hibrid avtomobillərinin təmiri ilə bağlı mütəxəssislər hazırlanacaq VİDEO

Veb TV | 20:06 • 27 May 2024
Elektrik və hibrid avtomobillərinin təmiri ilə bağlı mütəxəssislər hazırlanacaq

Günəş enerjisi üzrə texnik, külək turbinlərinin təmiri üçün mütəxəssis və elektrik və hibrid avtomobillərinin təmiri ilə bağlı mütəxəssislər hazırlanacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib. 

O bildirib ki, bu il 3 yeni ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək. Agentlik direktoru işğaldan azad olunmuş ərazilərdə peşə təhsilindən də  danışıb. Onun sözlərinə görə, tələbə qəbulu ilk olaraq 2025-2026-cı tədris ilində Füzuli Peşə Liseyində aparılacaq.

Peşə təhsilində Türkiyə təcrübəsinin öyrənilməsindən danışan Agentlik rəhbəri bu istiqamətdə 2 layihənin icra olduğunu bildirib və növbəti tədris ilində qardaş ölkədən təhsil prosesinə ixtisas fənn müəllimlərinin  və ustaların cəlb ediləcəyini açıqlayıb.  

O, həmçinin bildirib ki, 2026-cı ilə qədər ölkədə 16 peşə məktəbinin istifadəyə verilməsi planlaşdırılır.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024