Xəzər Xəbər

Çaylar daşıb, bəzi əraziləri su basıb ƏHALİYƏ XƏBƏRDARLIQ/VİDEO

Veb TV | 21:45 • 26 May 2024
Çaylar daşıb, bəzi əraziləri su basıb

Son günlər yağan yağışlardan sonra Qazaxda Ağstafaçay və Coğazçay, eyni zamanda Kür çayı daşıb.

Xezerxeber.az-ın məlumatına görə, təbii fəlakət bəzi fəsadlar törədib.

Qazax şəhərinin mərkəzi hissəsindən keçən Ağstafa çayının daşması nəticəsində heyvan bazarı və yaxınlıqdakı obyektilər, avtomobil təmiri sexləri və bəzi tikililərin ərazisini su basıb. Rayonunun İkinci Şıxlı kəndi ərazisində də sel müşahidə edilir. Hazırda təbii fəlakətin qarşısının alınması istiqamətində işlər görülür, əraziyə texnikalar cəlb olunub.

Milli Hidrometeorologiya Xidməti yaranmış vəziyyətlə əlaqədar sakinləri diqqətli olmağa çağırıb.

Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, mövcud şərait diqqətlə izlənilməklə vəziyyət tam nəzarət altında saxlanılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar