Xəzər Xəbər

Azərbaycanda hostellərin sayı niyə azdır? VİDEO

Veb TV | 22:04 • 26 May 2024
Azərbaycanda hostellərin sayı niyə azdır?

Müasir şəhər yataqxanası sayılan hostel tikintisinə Azərbaycanda maraq çox aşağıdır.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanda hostellərin sayı təxmini 50 civarındadır.

Digər ölkələrə nisbətən ökəmizdə hostellərin sayı azdır. Məsələn, qonşu ölkə olan Gürcüstanın Tbilisi şəhərində hostellərin sayı Azərbaycandakından iki dəfə çoxdur.

Bəs ölkəmizdə hostellərə tələbat niyə azdır?

Elgün Babayev hesab edir ki, hostellərin günlük qiymətinin ucuz olması turistlərdə müəyyən tərəddüdlər yaradır. Eyni zamanda, ekspertin fikrincə, Azərbaycandakı hotellərdə qiymətlər də münasibdir. Ona görə də ucuz hostellərə maraq yoxdur.

Ekspert onu da əlavə edib ki, ölkəmizdə qeydiyyatda 45-50 hostel olsa da, fəaliyyət göstərənlərin sayı 25-30-dur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti