Xəzər Xəbər

Kuryer xidməti üçün də ili təzə avtomobil olmalıdır? VİDEO

Veb TV | 20:07 • 26 May 2024
Kuryer xidməti üçün də ili təzə avtomobil olmalıdır?

Yeni qaydaların tətbiqindən sonra taksi failiyyətini dayandırmaq məcburiyyətində qalan sürücü İlkin Həsənovun yeni işinə də qadağa qoyulub.

Xezerxeber.az-ın məlumatına görə, o deyir ki, əvvəllər taksi sürücüsü işləyirmiş, lakin yeni tələblərdən sonra avtomobili köhnə olduğu üçün taksi xidmətini dayandırıb. O, son vaxtlar avtomobili ilə çatıdırılma xidməti həyata keçirirmiş, amma bu işi də dayandırılıb.

"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən sürücü deyir ki, avtomobilinin ili ilə əlaqədar yeni qaydalara əsasən, taksi fəaliyyəti göstərə bilmir. Bu səbəbdən də işini kuryer olaraq davam etdirmək qərarına gəlib. Lakin bir müddət sonra işlədiyi taksi şirkəti tərəfindən hesabına blok qoyulub. Buna səbəb kimi isə avtomobilin ilinin köhnə olması göstərilib.

Şikayətçi deyir ki, kuryer xidməti göstərən sürücülərin avtomobillərinə il tələbi onlar üçün gözlənilməz olub.

Səslənən iddialarla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən məsələ taksi şirkətlərinin daxili işidir. Agentlikdən o da bildirildi ki, bəzi şəxslər tərəfindən çatdırılma xidməti adı altında sərnişin daşınmasının həyata keçirildiyi müşahidə edilir. Belə hallara qarşı reydlər aparılır və qarşısı alınır.

Adıçəkilən taksi şirkətindən isə bildirildi ki, müraciətlərə yalnız həftəiçi baxılır. Bu gün qeyri-iş günü olduğundan sürücünü problemini araşdırmaq mümkün deyil. Şirkətdən məsələnin diqqətdə saxlanılacağı bildirildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024