Xəzər Xəbər

Mingəçevir su anbarında suyun səviyyəsi xeyli artıb VİDEO

Veb TV | 22:02 • 25 May 2024
Mingəçevir su anbarında suyun səviyyəsi xeyli artıb

Mingəçevir su anbarında suyun səviyyəsi artıb. Hazırda su anbarında 14.7 milyard kub metr su toplanıb.

Xezerxeber.az-ın məlumatına görə, Mingəçevirdə yaşayan sakinlər bildirib ki, anbarda belə bol sululuq təxminən 14-15 il bundan öncə müşahidə edilib.

Sakinlər bildirib ki, su anbarında artım hələ də davam edir. Anbarın ətrafında olan bəzi yerlər artıq su altında qalıb.

Anbarda su artımını “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin baş məsləhətçisi Sarvan Ağayev də təsdiqləyib. Onun sözlərinə görə, su anbarında hazırda toplanan su ötən ilki ilə müqayisdə 3.2 milyard kub metr artıqdır. Mingəçevir su anbarından Kür çayına ötürülən su da artırılıb. Hazırda Kür çayına 360 kub metr saniyədə su ötürülür. 

Mütəxəsisslər hesab edirlər ki, anbardakı suyun mövcud səviyyəsi hələ normal  səviyyəyə çatmayıb. Mingeçevir su anbarında 16 milyard kub metrə qədər su  toplamaq mümkündür. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024