Xəzər Xəbər

AAAF Park Yaşayış Kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər VİDEO

Veb TV | 20:39 • 23 May 2024
AAAF Park Yaşayış Kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər

Abşeron rayonu, Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksinin 21-ci məhəlləsində yaşayan sakinlər mənzillərinə çıxarış ala bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, binada 250 ailə yaşayır, amma indiyədək mənzillərinə çıxarış ala bilməyiblər.

Onlar üzləşdikləri problemlə bağlı "Xəzər Xəbər"in qaynar xəttinə müraciət ediblər. Sakinlər iddia edirlər ki, 10 il öncə sözügedən binadan ev alıblar, ancaq hələ də onlara çıxarış verilmir.

Sakinlər bildirirlər ki, onlara problemin qısa vaxt ərzində həll olunacağı bildirilsə də, nəticəsi olmayıb.

Səsləndirilən fikirlərlə bağlı adıçəkilən tikinti şirkətinin mövqeyini öyrənməyə çalışdıq.

Yalnız şifahi olaraq bildirildi ki, vətəndaşların çoxsaylı şikayəti əsasında AAAF Park Yaşayış Kompleksinin rəhbərliyi və  aidiyyəti qrumlar tərəfindən problemin həlli üçün addımlar atılır.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024