Xəzər Xəbər

Xırdalanda “Narın” MTK-nın tikdiyi binanın sakinləri mənzillərinə çıxarış ala bilmirlər - İDDİA və CAVAB VİDEO

MTK-nın rəhbəri yaranmış problemə görə Əmlak Məsələləri Dövlət Xidmətini günahlandırır
Veb TV | 21:12 • 22 May 2024
Xırdalanda “Narın” MTK-nın tikdiyi binanın sakinləri mənzillərinə çıxarış ala bilmirlər - İDDİA və CAVAB

Sakinlər illərdir yaşadığı mənzillərinə çıxarış ala bilmirlər.

Abşeron rayonu, Xırdalan şəhər “Narın” MTK-nın tikdiyi binanın sakinləri mənzillərinə çıxarış ala bilmədiklərini deyirlər.

Xezerxeber.az-ın məlumatına görə, 100-dən çox ailə yaşadıqları ünvana qeydiyyata düşə bilmirlər. 

Bina sakinləri bildirirlər ki, illərdir mənzillərinin pulunu ödəyib qurtarsalar da, çıxarış ala bilmirlər. Müraciət etmədikləri ünvan  isə qalmayıb.

Sözügedən “Narın” MTK-nın rəhbəri Akif Qurbanovla telefon əlaqəsi saxladıq. O bildirdi ki, bina 2014-cü ildən tikilərək istifadəyə verilib. Onun sözlərinə görə, günah MTK-da deyil. Elə onun özü də sakinlərlə birgə döymədikləri qapı qalmadığını bildirdi. Bütün sənədlərinin qaydasında olduğunu iddia edən Akif Qurbanov yaranmış problemə görə Əmlak Məsələləri Dövlət Xidmətini  günahlandırıb.

Mövzu ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən sorğumuza belə cavab verilib: “Bildiririk ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 67 ünvanında yerləşən "Narın" Mənzil Tikinti Kooperativinə məxsus çoxmərtəbəli yaşayış binasının istismarına icazə sənədi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməyib. Bu səbəbdən adıçəkilən MTK-yə məxsus çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə çıxarışın verilməsi mümkün deyil. Adıçəkilən  MTK-ya təqdim olunmalı sənədlərin siyahısı ilə bağlı məlumat verilmişdir”.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024