Xəzər Xəbər

Bakıdakı bu yol nişanı sürücülərə çətinlik yaradır VİDEO

Veb TV | 15:22 • 22 May 2024
Bakıdakı bu yol nişanı sürücülərə çətinlik yaradır

Bakının Səbail rayonu ərazisində, Lermontov küçəsi ilə Teymur Elçin küçəsinin kəsişməsində yerləşən yol nişanı sürücülərə çətinlik yaradır.

Xezerxeber.az-ın məlumatına görə, ərazidə sağa hərəkət qadağan olduğu üçün sürücülər gedəcəkləri yerə çatmaq səbəbindən daha uzun məsafə qət etməli olurlar.

Dağüstü park istiqamətindən gələn sürücülərin hamısı bir  istqamətə-Teymur Elçin küçəsinə yönəldilir. Üstəlik, qarşıdan və sağdan gələn sürücülərə yol verilməlidir. Bu isə ərazidə əsasən günün pik saatlarında sıxlığın yaranmasına səbəb olur.

Sürücülər deyirlər ki, yolda məcburi sola dönmə nişanı olduğundan, sağa dönə bilmirlər. Bu isə onlar üçün həm əlavə vaxt həm də yanacaq itkisinə səbəb olur.

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, ərazidə sıxlığın tənzimlənməsi məqsədi ilə sağa hərəkət qadağandır.

Ekspertlər hesab edir ki, ərazidə təhlillər aparılmalı, nəqliyyat axını hesablanmalı və qarşıdan gələn nəqliyyat vasitələrini gözləməklə sağa da hərəkət təşkil oluna bilər. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Rubrikanın digər xəbərləri

Zooparka giriş bahalaşıb
Zooparka giriş bahalaşıb VİDEO
21:17 • 19 İyul 2024
Yol qəzaları 4 nəfərin həyatına son qoydu
Yol qəzaları 4 nəfərin həyatına son qoydu VİDEO
20:29 • 19 İyul 2024
İşğaldan azad olunan ərazilərdə YANĞIN
İşğaldan azad olunan ərazilərdə YANĞIN VİDEO
15:22 • 19 İyul 2024
FHN-nin əməliyyat
FHN-nin əməliyyat görüntüləri
11:50 • 19 İyul 2024

Xəbər lenti

Çox oxunanlar