Xəzər Xəbər

Təcili Tibbi Yardım işıq və səs siqnallarından istifadə etməyə bilər? – RƏSMİ CAVAB VİDEO

Veb TV | 21:05 • 22 Aprel 2024
Təcili Tibbi Yardım işıq və səs siqnallarından istifadə etməyə bilər? – RƏSMİ CAVAB

Təcili Tibbi Yardımda bir azyaşlı var və o qan itirir.

Xezerxeber.az-ın xəbərinə görə, videoda iddia olunur ki, xəstə yaxını təcili yardım maşınını idarə edən sürücüdən səs və işıqları yandırmasını tələb edir.

Sürücü isə cavabında rəhbərliyinin buna icazə vermədiyini bildirir.

Bu görüntülərdən aydın olur ki, tıxacda qalan təcili tibbi yardım avtomobilində uşağın valideynləri ilə sürücü arasında gərginlik yaranıb. Xəstəni tibb məntəqəsinə çatdırmalı olan təcili yardım maşını səs və işıqlardan istifadə edərək başqa sürücülərdən ona yol verməsini istəməyib. Bu da valideynlərin haqlı narazılığına səbəb olub.

Sözügedən görüntülərlə bağlı TƏBİB-dən "Xəzər Xəbər"ə mövqe belə səslənib.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti