Xəzər Xəbər

Yol qəzaları iki nəfərin ölümünə səbəb olub, yaralılar var VİDEO

Veb TV | 21:58 • 20 Aprel 2024
Yol qəzaları iki nəfərin ölümünə səbəb olub, yaralılar var

Ağcabədidə yol ilə gedən piyadanı minik avtomobili vuraraq öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, Tahir Hüseynov idarə etdiyi minik avtomobili ilə piyada Şahin Cəfərovu vurub. Daha sonra isə nəqliyyat vasitəsi yol kənarında dayanmış başqa avtomobilə çırpılıb. Piyada Şahin Cəfərov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Bərdədə baş verən qəzada isə sərnişin dünyasını dəyişib.

Rayonun Alpout kəndi ərazisində minik avtomobili yük maşını ilə toqquşub. Avtomobillərdən birində olan sərnişin, Goranboy sakini 69 yaşlı Nübayə Nağdəliyeva aldığı xəsarətlərdən dünyasını dəyişib. İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar