Xəzər Xəbər

Bakının mərkəzində xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir VİDEO

Veb TV | 20:20 • 19 Aprel 2024
Bakının mərkəzində xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir

Paytaxtın mərkəzi küçələrdindən birində yerləşən səməd vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir

Xezerxeber.az xəbər verir ki, sözügedən bağdakı oturacaqların vəziyyəti sakinləri də narahat edir.

Məsələ ilə bağlı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Nizami Mayılov “Xəzər Xəbər”ə bildirdi ki, sözügedən ərazi nəzarətdədir və yaxın günlərdə oturacaqlar təmir olunacaq.

Qurumdan o da bildirildi ki, oturacaqlar təmir olunub yeniləri ilə əvəzləndikdən sonra əraziyə nəzarət ediləcək. Oturacaqlara maddi ziyan vuranların da aidiyyəti orqanlarla birlikdə müəyyən edilməsi planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti