Xəzər Xəbər

Əsgəran yolunda aparılan tikinti işləri NECƏ GEDİR? VİDEO

Veb TV | 22:30 • 17 Aprel 2024
Əsgəran yolunda aparılan tikinti işləri NECƏ GEDİR?

Əraziyə xüsusi texnikalara cəlb edilib. Bir tərəfdə torpaq qatı təmizlənərək kənara daşınır, digər tərəfdə isə yeni yol yatağı salınır.

Xezerxeber.az xəbər verir ki, görüntülər Əsgəran yolunda aparılan tikinti işlərindəndir. İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm layihənin icrasına başlanıb.

Bərdə-Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən Ağdam şəhərinin dairəvi yolu və uzunluğu 18 km olan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla II texniki dərəcəyə uyğun inşa edilir. İşlər Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən aparılır.

Anar Nəcəfli onu da əlavə etdi ki, avtomobil yolunun tikintisinin başa çatdırılması imkan verəcək ki, Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlər Ağdam şəhərinə daxil olmadan bu dairəvi

Tikinti işləri tərtib edilən qrafikə uyğun şəkildə, həyata keçirilir.  Əsgəran avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar